Xəbər lenti

Türkiyə, Rusiya və Ukrayna arasında taxıl ixracına dair saziş imzalandı
Dünya14:30 22.07.2022

Türkiyə, Rusiya və Ukrayna arasında taxıl ixracına dair saziş imzalandı

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Türkiyə, Ukrayna və Rusiya nümayəndələri arasında Ukraynadan taxıl ixracına dair saziş imzalanıb.
Qaynarinfo xəbər verir ki, imzalanma mərasimi İstanbulda keçirilib.
Sazişi Türkiyənin milli müdafiə naziri Hulusi Akar, Rusiaynın müdafiə naziri Sergey Şoyqu və Ukraynanın infrastruktur naziri Aleksandr Kubrakov imzalayıblar.
Saziş Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və BMT Baş katibi Antonio Quttereşin iştirakı ilə imzalanıb.
Sənədə əsasən, Ukrayna taxılının Qara dənizdən təhlükəsiz ixracı təmin olunacaq.