Xəbər lenti

Türkiyə Rusiyanı "tənbeh" etdi Viza rejimi tətbiq edildi
Dünya17:33 01.06.2016

Türkiyə Rusiyanı "tənbeh" etdi Viza rejimi tətbiq edildi

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Türkiyə sərhədini keçən Rusiya tırları bu gündən etibarən mütləq qaydada viza almalıdırlar.
Virtualaz.org «RİA Novosti»yə istinadən xəbər verir ki, bunu Türkiyənin Beynəlxalq Nəqliyyatçılar Assosiasiyasından bildiriblər.
«Uzun müddət ərzində Türkiyə Rusiya tırları üçün viza rejimi tətbiq etmirdi. Lakin Rusiya tərəfindən türk malları üçün sərhəddə nəzarət qaydaları gücləndirildikdən sonra iyun ayının 1-dən belə bir tədbirə əl atılıb. Buna baxmayaraq, biz Rusiya təyyarəsinin vurulmasına qədərki dövrdə mövcud olmuş yüngülləşdirilmiş viza rejiminə keçidə ümid edirik», - Assosiasiyanın nümayəndəsi belə deyib.
O xatırladıb ki, cari ilin əvvəlində Rusiya birtərəfli qaydada viza rejimini tətbiq edib. Bu tətbiqetmə Türkiyə tırlarına da şamil olunub. Həmin səbəbdən tırlar alternativ Xəzər marşrutundan istifadə edirlər.
Türkiyə XİN məsələ ilə bağlı mövqeyini bildirməyib.
Qaynarinfo.az