Türkiyə Yumurta İstehsalçıları Birliyinin rəhbəri İbrahim Afyon ölkəsinin 6 ay ərzində Rusiyaya toyuq yumurtası tədarük etməyə hazır olduğunu bildirib.
Qaynarinfo xəbər
verir ki, onun sözlərinə görə, Türkiyə tərəfi Rusiyaya bu məhsulu ehtiyac duyduğu həcmdə tədarük edəcək.
"Altı ay ərzində qəbul edən tərəfin istədiyi həcmdə çatdırılmalar müzakirə edildi. İstənilən həcmdə ehtiyacları ödəməyə hazırıq”, - Afyon deyib. Türkiyə yumurta tədarükü ilə bağlı danışıqlar prosesində heç bir problem olmadığına da əmin olub.
Bu yaxınlarda türk toyuq yumurtalarının ilk partiyası Rusiyaya çatıb. KİV yazır ki, xaricdən gətirilən yumurtalar yanvarın 10-dək Rusiya mağazalarının piştaxtalarında peyda olacaq.
Dekabrın sonunda Rusiya hökuməti yumurtanın rüsumsuz idxalına icazə verib. Müavinət 2024-cü il yanvarın 1-dən iyunun 30-dək 1,2 milyard vahidə qədər tədarük üçün veriləcək.
Alpər