Xəbər lenti

Türkiyə Rusiyanın kəşfiyyat şefini öldürüb? - ŞOK İDDİA
Dünya19:05 03.03.2016

Türkiyə Rusiyanın kəşfiyyat şefini öldürüb? - ŞOK İDDİA

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Rusiya silahlı qüvvələrinn Baş qərargahı nəzdində Baş Kəşfiyyat İdarəsinin (QRU) rəhbəri İqor Serqun yanvarın əvvəlində gizli bir vəzifə üçün getdiyi Livanın paytaxtı Beyrutda öldürülüb.
Publika.az xarici mediaya istinadən xəbər verir ki, bu barədə Londondan bir diplomatik mənbə bildirib.
Mənbə iddia edib ki, Serqunun sui-qəsdində Türkiyənin rolu olub.
Xatırladaq ki, ABŞ-ın tanınmış qlobal analitik şirkəti “Stratfor” da İqor Serqunun yanvarın 1-də Livanda öldüyünü bildirmişdi. “Stratfor"a bu barədə anonim mənbə məlumat verib. “Əgər bu informasiya düzgündürsə, onda sual yaranır ki, o, bu ölkədə nəylə məşğul olurdu və niyə Kreml Serqunun xaricdə öldüyünü gizlətməyə qərar verib", - analitik şirkət qeyd edib.
Rusiya Müdafiə Nazirliyinin məlumatına görə, 59 yaşlı İqor Serqun yanvarın 4-də Moskva ətrafındakı istirahət evində ürək çatışmazlığından həyatını itirib.
Qaynar.info