Türkiyənin yerli zenit-raket kompleksi (SAM) "Siper” son sınaqlarda yüksək sürətli hədəflər üzərində 100 kilometr məsafəni qət edib.
Qaynarinfo "Sabah" qəzetinə istinadla xəbər verir ki, bu barədə respublikanın müdafiə sənayesinin rəhbəri İsmayıl Dəmir
bildirib.
"Sabah” qəzeti "Siper”in S-400 və "Patriot”a alternativ olaraq görünəcəyini yazıb.
"Siper uzaqmənzilli zenit-raket kompleksimiz addım-addım yüksəlir. Son sınaq atışında "Siper” yüksək sürətli hədəflərə qarşı 100 kilometrə çata bildiyini göstərib. "Siper” bu uğurlu zərbə ilə daha bir mərhələni tamamladı", deyə Dəmir "Twitter"də yazıb.
Keçən ilin dekabrında Dəmir bildirmişdi ki, Türkiyənin inkişaf etdirdiyi "Siper” uzaqmənzilli hava hücumundan müdafiə sistemi performans baxımından S-400 zenit-raket kompleksinə çata və ya onu keçə bilər.
Alpər