Xəbər lenti

Türkiyə seçkiyə necə gedir? – FOTOREPORTAJ
Dünya17:32 29.03.2014

Türkiyə seçkiyə necə gedir? – FOTOREPORTAJ

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Aylardır hətta dünya mediasının diqqət mərkəzində olan Türkiyədə sabah bələdiyyə seçkiləridir.
Türkiyənin və ümumiyyətlə Orta Doğunun ən böyük şəhəri olan İstanbulun bir çox yerlərində olun seçkiöncəsi vəziyyətlə maraqlandıq və ən əsası  da təbliğatın gedişinə nəzər saldıq. Onu deyim ki, Türkiyədə hər bir siyasi partiya reklama böyük önəm verir və bələdiyyə seçkilərində qalib gəlmək Türkiyə siyasətçisi və partiya üçün vacib şərtdir. Bir sözlə, bələdiyyə seçkilərində qaliblik dərəcən parlament seçkilərinə də ciddi təsir göstərir.
Müşahidələr zamanı ötən seçkilərdən fərqli olaraq bir sıra yeniliklərlə qarşılaşdım. Təbii ki, Türkiyənin aparıcı partiyaları olan hakim AKP və müxalifət CHP, MHP ilə yanaşı, Səadət Partiyasının da güclü reklamının aparıldığını müşahidə etdim. Daha çox qəribə gələn məqam isə, İstanbulun mərkəzi meydanı Taksimdə kürdlərin partiyası olan BDP-nin kürd dilində musiqilər səsləndirərək  apardığı aktiv təbliğat oldu. Onu da deyim ki, Taksimdə hakim partiyanın ümumiyyətlə təbliğatı yox səviyyəsində idi. Yalnız ana müxalifət partiyası olan CHP-nin ara-sıra təbliğatı gözə dəyirdi. Amma digər mərkəzlərdə hakim AKP-nin təbliğatı bütün partiyaları üstələyirdi. Ərdoğanın partiyası təbliğat üçün bütün vasitələrdən istifadə edirdi: su nəqliyyatından, avtobuslarlardan, xüsusi köşklərin qurulması ilə təbliğat materialları paylama məntəqələrindən, küçələrdə quraşdırılmış monitorlardan və s. Mərkəzdə müxalifət partiyalarının təbliğatı zəif olsa da, hər partiyanın nüfuzuna görə bölgələrdə onların daha aktiv fəaliyyəti hiss olunurdu.
Fotoreportajımda həmin təbliğatın gedişini oxuculara təqdim etsəm də, son olaraq onu bildirim ki, Türkiyədə böyük seçki mədəniyyətinin olduğunu müşahidə etdim. Baxmayaraq ki, orda da müxtəlif plakatlar cırılır və ya Türkiyə türkcəsində desək, plakatlar “saldırı”ya məruz qalırdı.
Seymur
Bakı-İstanbul-Bakı
Qaynar.info