Xəbər lenti

Türkiyə səfirliyinə qarşı TERROR CƏHDİ
Dünya08:48 09.11.2013

Türkiyə səfirliyinə qarşı TERROR CƏHDİ

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Türkiyənin Rusiyadakı səfirliyinin yaxınlığında planlaşdırılan terror aktının qarşısı alınıb. APA-nın “RİA Novosti” agentliyinə istinadən verdiyi məlumata görə, ötən həftə Stavropolda tutulan silahlı şəxs istintaqa ifadəsində deyib ki, Türkiyənin Rusiyadakı səfirliyinə qarşı terror törətmək niyyətində olub. Rusiya Daxili İşlər Nazirliyi bununla bağlı hər hansı şərh verməkdən imtina edib.
 
Qeyd edək ki, oktyabrın 31-də Stavropol şəhəri yaxınlığında şübhəli bir şəxs saxlanılıb. Onun üzərində istifadəyə hazır olan “şəhid kəməri” aşkar olunub.


Qaynar.info