Xəbər lenti

Türkiyə şəhidlərin qisasını aldı - PKK lideri belə məhv edildi (VİDEO)
Dünya14:06 18.05.2021

Türkiyə şəhidlərin qisasını aldı - PKK lideri belə məhv edildi (VİDEO)

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Türkiyə Milli Müdafiə Nazirliyi PKK terrorçularının Suriya qanadının lideri, Sofi Nurettin adı altında gizlənən Halef El- Muhammedin məhv edildiyi anın görüntülərini yayımlayıb.
Kadrlarda Halef El- Muhammedin olduğu bildirilən mağaraya "F-16” qırıcıları vasitəsilə raket zərbəsi endirildiyi görünür.
İnterpolun qırmızı bülleteni ilə axtarılan Muhammed,Türkiyə Milli Kəşfiyyat Təşkilatı və Türkiyə ordusunun ortaq əməliyyatı ilə zərərsizləşdirilib.
Terrorçunun koordinatlarının təyin edilməsindən sonra o, PUA-lar vasitəsilə 24 saat boyunca nəzarətdə saxlanılıb, həmçinin ərazinin təhlili və qiymətləndirilməsi aparılıb.
Göstərilən ərazidə mülki şəxslərin olmadığı barədə məlumatlar əldə edildikdən sonra "F-16” qırıcıları Sofi Nurettin və köməkçilərinin olduğu mağaraya raket zərbəsi endirib.
Türkiyə səlahiyyətlilərinə görə, Sofi Nurettin bu il fevral ayında İraqın şimalındakı Qara bölgəsindəki "Pençe Kartal-2” əməliyyatı zamanı Türkiyə ordusuna müqavimət göstərməyə çalışan terrorçulara rəhbərlik edib. 13 Türkiyə vətəndaşının edam edilməsini əmr edən şəxsin məhz o olduğu bildirilir.//qafqazinfo.az
<iframe width="560" height="315" src="https://www.youtube.com/embed/Qj3QO5RdD-w" title="YouTube video player" frameborder="0" allow="accelerometer; autoplay; clipboard-write; encrypted-media; gyroscope; picture-in-picture" allowfullscreen="">