Bazar ertəsi Türkiyə hava qüvvələrinin həftəsonu əsgərlərin şəhdi edilməsinə cavab olaraq Suriya və İraqın şimalında endirdiyi zərbələr nəticəsində 26 kürd yaraqlısını zərərsizləşdirdiyini bildirib.
Qaynarinfo bu barədə "Reuters” agentliyinə istinadən xəbər verir.
Türkiyə Milli Müdafiə Nazirliyi şənbə günü bildirib ki, İraqın şimalında PKK üzvləri ilə döyüşlər zamanı 12 türk əsgəri həlak olub və bu, Ankaranın bölgədə bir sıra hava zərbələri və əməliyyatlara başlamasına səbəb olub.
Türkiyə bazar ertəsi bildirib ki, ilkin məlumatlara əsasən, zərbələr zamanı azı 26 terrorçu zərərsizləşdirilib.
Türkiyənin müdafiə naziri Yaşar Gülər bazar günü də bildirib ki, Türkiyənin sərhədyanı əməliyyatlar keçirdiyi Şimali İraqda daha 30 PKK elementi zərərsizləşdirilib.
Bundan başqa, Türkiyə polisi Xalqların Bərabərliyi və Demokratiya Partiyasının (DEM) Diyarbəkir vilayətində təşkil etdiyi tədbirdə 52 nəfəri saxlayıb.
Ədliyyə naziri Yılmaz Tunç şübhəlilərin "cinayəti və cinayətkarı tərifləmək” və "terror təşkilatının təbliğatını yaymaqda” günahlandırıldığını bildirib və əlavə edib ki, digərləri haqqında da həbs qərarı çıxarılıb.
Nizami Bağırov