Xəbər lenti

Türkiyə sərhədində daha bir helikopter vuruldu
Dünya15:40 30.05.2016

Türkiyə sərhədində daha bir helikopter vuruldu

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Təyyarənin pilotu və onun köməkçisi həlak olub.
Türkiyə sərhədində daha bir helikopterin vurulduğu iddia edilir. ANS PRESS-in mıəlumatına görə Suriya Hava Qüvvələrinə məxsus helikopter Türkiyə sərhədində Qamışlı şəhərində yerə çırpılıb.
Helikopterin müxalif qüvvələr tərəfindən vurulduğu iddia olunur.
Yerli sakinlərin sözlərinə görə, texniki problemlər səbəbindən yerə düşən təyyarənin pilotu və onun köməkçisi həlak olub.
Ötən ilin noyabr ayında Türkiyə-Suriya sərhədində Türkiyə sərhədlərini pozduğu üçün Rusiyanın Su24  qırıcı təyyarəsi vurulub.
Bundan sonra hər iki ölkə arsında münasibətlər gərginləşib. Rusiya Türkiyəyə çoxsaylı sanksiyalar tətbiq edib.
Qaynarinfo.az