Xəbər lenti

Türkiyə şirkəti İranda 7 elektrik stansiyası inşa edəcək
Dünya07:13 05.06.2016

Türkiyə şirkəti İranda 7 elektrik stansiyası inşa edəcək

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Türkiyənin “Unit International” enerji şirkəti İranın Energetika Nazirliyi ilə əldə etdiyi razılaşmaya əsasən İslam Respublikası ərazisində ümumi dəyəri 4,2 mlrd dollar olan 7 elektrik stansiyası inşa edəcək.  

APA-nın “Röyters”ə istinadən verdiyi xəbərə görə, ümumi gücü 6,020 MBt təşkil edəcək elektrik stansiyaları İranın yeddi bölgəsində inşa olunacaq.

Saziş iyunun 1-də Tehranda imzalanıb.  

“Unit International” enerji şirkətinin rəhbəri Unal Aysal bildirib ki, inşa olunacaq elektrik stansiyaları İranın elektrik enerjiyə olan tələbatının 10 faizini ödəyəcək.

Stansiyaların inşasına 2017-ci ilin birinci rübündə başlanılması planlaşdırılır. 

Qaynarinfo.az