Türkiyə Müdafiə Nazirliyi İdlibdə Suriya ordusunun daha 55 əsgərinin "zərərsizləşdirildiyini" açıqlayıb.
Qaynarinfo xəbər verir ki, bazar ertəsi günü Türkiyə Müdafiə Nazirliyi 5 türk əsgərinin Suriya ordusu tərəfindən İdlib müşahidə postuna atəş açmasının qurbanı olduğunu, daha 5 nəfərin yaralandığını bildirmişdi. Buna cavab olaraq Türkiyə Silahlı Qüvvələri Suriya ordusunun 115 obyektinə zərbələr endirib, 101 Suriya ordusu hərbçisini zərərsizləşdirib.
Xatırladaq ki, fevralın 3-də Suriya ordusunun İdlibi artilleriya atəşinə tutmasından sonra 8 türk əsgəri və mülki şəxslər həlak olub.
Alpər