
Türkiyə Hərbi-Hava Qüvvələrinə məxsus qırıcı təyyarı Suriyaya məxsus helikopteri vurub.
APA-nın “Röyter” agentliyinə istinadən verdiyi məlumata görə, bunu Türkiyə Nazirlər Kabinetinin toplantısından sonra baş nazirin köməkçisi Bülənt Arınç jurnalistlərə açıqlamasında deyib.
O qeyd edib ki, Suriya helikopteri Türkiyənin hava məkanına daxil olduqdan sonra vurulub.