Türkiyədə qeyri-adi təbiət hadisəsi proqnozlaşdırılır.
Qaynarinfo Sözcü-yə istinadən xəbər verir ki, İon dənizi üzərindən hərəkət edən "Medicane" tropik qasırğası 30 sentyabrda Türkiyəyə çatacaq və Egey bölgəsində, xüsusilə Muğla, Aydın, İzmir, Çanaqqala, Balıqəsir şəhərlərində müşahidə ediləcək.
Şiddətli qasırğanın daha sonra Mərmərə dənizi ilə hərəkət edərək İstanbula çatma ehtimalı da var. Əgər qasırğa Yunanıstanda sahil ərazilərini vurmasa, Türkiyədə daha şiddətli şəkildə müşahidə ediləcək. "Medicane"nin sürətinin saatda 150 km-ə çatması ehtimallar arasındadır, küləklə birlikdə şiddətli yağışlar da gözlənilir.
"Medicane" "Meditterraean" (Aralıq dənizi) və "hurricane" (qasırğa) sözlərinin birləşməsindən yaranıb. Əsasən Aralıq dənizinin mərkəzində müşahidə edilən qasırğa ilk dəfə Türkiyə sahillərinə çatacaq.
Qeyd edək ki, Türkiyə Meteorologiya Qurumundan təbiət hadisəsi ilə bağlı hələlik heç bir açıqlama verilməyib və xəbərdarlıq edilməyib.
Gülşən