Xəbər lenti

Türkiyə turist sayına görə ilk üç ölkədən biri olmaq üzrədir
Dünya09:50 18.02.2024

Türkiyə turist sayına görə ilk üç ölkədən biri olmaq üzrədir

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Türkiyə hökuməti 2028-ci ilə qədər turistlərin sayına görə ilk üç ölkəyə daxil olmaq niyyətindədir. 
Qaynarinfo xəbər verir ki, bu barədə mədəniyyət və turizm naziri Mehmet Nuri Ersoy bildirib.
"Hazırda Türkiyə dünyanın ən yaxşı və ən intensiv təbliğ edilən turizm ölkəsidir. 2022-ci ildə pandemiya ilə yaxşı mübarizəmiz sayəsində biz dünyanın dördüncü ən böyük turizm məkanı olduq. İndi, bu il ümid edirik ki, beşinci yeri qoruyaq. Məqsədimiz bu xəttdə qalmaq deyil. Biz 2028-ci ilə qədər üçüncü yeri tutmaq istəyirik”, - deyə nazir bildirib.
Onun sözlərinə görə, Türkiyə 2028-ci ildə turizmdən 100 milyard dollar gəlir gözləyir.
Alpər