Xəbər lenti

Türkiyə Ukraynadakı dağıdıcı müharibəni dərhal dayandırmağa çağırdı
Dünya06:41 28.06.2022

Türkiyə Ukraynadakı dağıdıcı müharibəni dərhal dayandırmağa çağırdı

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Türkiyə Xarici İşlər Nazirliyi bəyanatında Rusiya qüvvələrinin Ukraynanın Kermançuk şəhərində ticarət mərkəzinə hücumuna istinad edərək, ölkədəki dağıdıcı müharibənin dərhal dayandırılmasına və diplomatik həllin prioritet olmasına çağırış edib.
Qaynarınfo bu barədə Türkiyə Xarici İşlər Nazirliyinin saytına istinadən xəbər verir.
"Təəssüf ki, bu hadisə nəticəsində çoxlu sayda insan həlak olub və yaralanıb”, - məlumatda deyilir.
Bəyanatda vurğulanıb ki, son vaxtlar müxtəlif şəhərlərdə, o cümlədən Ukraynanın paytaxtı Kiyevdə mülki yaşayış məntəqələrini hədəfə alan bu cür hücumlar ölkədə gedən müharibənin vəhşiliyini və davamlı sülhə təcili ehtiyac olduğunu bir daha ortaya qoyur.
Qeyd edilir ki, Ukrayna prezidenti Volodimir Zelenski Telegram kanalında verdiyi mesajda Rusiya qüvvələrinin Poltava vilayətinin Kermançuk şəhərində mindən çox mülki şəxs yerləşən "Amsterdam” ticarət mərkəzinə raket hücumu təşkil etdiyini bildirib.
M.Arıf