Türkiyə Xarici İşlər Nazirliyinin rəhbəri Mövlud Çavuşoğlu polşalı həmkarı Zbiqnev Rauya bildirib ki, Ankaraya qarşı Belarusa miqrantların daşınmasında iştirakla bağlı ittihamlar doğru deyil.
Qaynarinfo xəbər verir ki, digər məsələlərlə yanaşı, Türkiyə Xarici İşlər Nazirliyi Polşaya Belarusla həmsərhəd ərazidə miqrantlarla bağlı böhran çərçivəsində yoxlamalar aparmaq üçün bu ölkəyə ekspertlər göndərməyi tövsiyə edib.
"İki ölkənin xarici işlər nazirləri telefonla Polşa-Belarus sərhədində qeyri-qanuni miqrasiya ilə bağlı vəziyyəti müzakirə ediblər. Çavuşoğlu məyusluğunu Polşa tərəfinə çatdırıb ki, Türkiyə problemin tərəfi deyil, lakin onlar bunu elə göstərməyə çalışırlar”, - departamentdəki mənbə bildirib.
Alpər