Xəbər lenti

Türkiyə yanvardan turistlərdən 2% yerləşirmə vergisi almağa başlayacaq
Dünya09:44 14.12.2022

Türkiyə yanvardan turistlərdən 2% yerləşirmə vergisi almağa başlayacaq

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Türkiyədə yanvarın 1-dən otellərdə, turizm kəndlərində, motellərdə, pansionatlarda, otellərdə, düşərgələrdə və digər yerləşdirmə obyektlərində turistlərə 2 faizlik vergi tətbiq ediləcək. 
Qaynarinfo xəbər verir ki, bu barədə hökumət qəzeti "Resmi gazete” məlumat yayıb. 
Otellər tərəfindən göstərilən xidmətlər, məsələn, yemək, istirahət, hovuzdan istifadə, idman, termal və zonalar və s. vergitutma məbləğinə heç bir şəkildə təsir etməyəcək.
Yataqxana, pansionat və düşərgələrdə yaşayan tələbələr, həmçinin Türkiyədə akkreditə olunmuş diplomatik nümayəndəliklərin və diplomatik statusu olan beynəlxalq təşkilatların nümayəndələri vergidən azad olunacaqlar.
Türkiyə hakimiyyəti hələ 2019-cu ildə turistlər üçün yerləşdirmə vergisi tətbiq etmək qərarına gəlib, lakin koronavirus pandemiyası səbəbindən onun tətbiqi təxirə salınıb. Mədəniyyət və turizm naziri Məhmət Nuri Ərsoyun sözlərinə görə, cari ilin sonuna qədər respublika 51,5 milyon turist və 46 milyard dollar turizm gəliri gözləyir. Türkiyə gələn il 60 milyon turist qəbul edəcəyinə ümid edir.
Nizami Bağırov