Xəbər lenti

Türkiyə yenidən qarışdı
Dünya04:58 16.05.2014

Türkiyə yenidən qarışdı

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Türkiyənin Soma rayonunda 284 nəfərin ölümü ilə nəticələn mədən partlayışı ilə əlaqədar hökumətə qarşı etirazlar geniş vüsət alıb. İzmir vilayəti ilə yanaşı, paytaxt Ankara, İstanbul, Diyarbəkir, Bolu, Adana və digər vilayətlərdə də etiraz aksiyaları keçirilib.

Qaynar.info Anspress-ə istinadla xəbər verir ki, aksiyalar zamanı etirazçılar hökumətin işçilərin təhlükəsizliyini təmin etməsi tələb ediblər.

Diyarbəkir və Bolu vilayətində baş tutan aksiyalar sonda zorakılıqlarla yadda qalıb. Bir qrup aksiyaçı təhlükəsizlik qüvvələrinə daşlarla hücum edib.

İstanbul şəhərində isə, fəallar "bu, qəza deyil, qətliamdır" şüarları ilə oturaq aksiya keçiriblər. Təhlükəsizlik qüvvələri təzyiqli su ilə aksiyanı dağıtmağa çalışıb.

Ankarada da, həmçinin, etirazçılar "Qatil AKP" şüarları səsləndiriblər.

Qaynar.info