Xəbər lenti

Türkiyə Yunanıstanla sərhəddə təlimlərin aktiv mərhələsinə başladı
Dünya06:22 12.05.2022

Türkiyə Yunanıstanla sərhəddə təlimlərin aktiv mərhələsinə başladı

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Türkiyə Yunanıstanla sərhəddə "Dəniz Aslanı 2022” təliminin aktiv mərhələsinə başlayıb.
Qaynarinfo xəbər verir ki, bu haqda "TRT Haber”in məlumatında deyilir.
"Egey dənizinin beynəlxalq sularında və Türkiyənin hava məkanında Türkiyənin axtarış-xilasetmə zonası daxilində Sahil Mühafizə Komandanlığının təşkil etdiyi "Dəniz Aslanı 2022” təliminin faktiki hissəsi başlayıb”, - məlumatda bildirilir.
Qeyd olunur ki, manevrlərin keçirilməsində məqsəd birgə əməliyyatların aparılması, problemlərin müəyyən edilməsi və aradan qaldırılması imkanlarını artırmaqla axtarış-xilasetmə işlərinə hazırlığın təkmilləşdirilməsidir.
Təlimə Quru Qoşunlarının komandanlığından 1 axtarış-xilasetmə helikopteri, Hərbi Dəniz Qüvvələri komandanlığından 1 freqat, Hərbi Hava Qüvvələri komandanlığından 1 axtarış-xilasetmə təyyarəsi, 1 axtarış-xilasetmə helikopteri, 2 nəqliyyat təyyarəsi, 1 döyüş təyyarəsi, Jandarma Baş Komandanlığı və Sahil Təhlükəsizlik qüvvələrinə aid 1 axtarış xilasetmə vertolyotu cəlb olunub.
"Dəniz Aslanı 2022” təlimlərində Şimali Kipr Türk Cümhuriyyəti Təhlükəsizlik Qüvvələri Komandanlığından 1 qayıq və axtarış-xilasetmə üzrə ixtisaslaşmış personal da çalışacaq.
Daxili işlər nazirinin müavini Mehmet Ersoy, Sahil Mühafizəsi komandanı kontr-admiral Əhməd Kendir və 27-si xarici olmaqla 47 müşahidəçi təlimi izləyir.
Alpər