Xəbər lenti

Türkiyə zəlzələsi episentri quruda olan on ən böyük 10 zəlzələ siyahısında
Dünya06:12 13.02.2023

Türkiyə zəlzələsi episentri quruda olan on ən böyük 10 zəlzələ siyahısında

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Türkiyədə baş verən zəlzələlər dünyada indiyə qədər qeydə alınmış episentri quruda olan ən böyük on təkanlar arasında yer alıb. 
Qaynarinfo xəbər verir ki, bunu Kanadanın Britaniya Kolumbiyası əyalətindəki Viktoriya Universitetinin seysmologiya professoru Edvin Nissen deyib.
"Onları bu qədər dağıdıcı edən Türkiyənin sıx məskunlaşan hissəsində miqyas və yerin birləşməsidir", deyə Anadolu Agentliyi professordan sitat gətirib.
O qeyd edib ki, ən güclü zəlzələlər adətən okeanlarda olur.
Nissen xatırladıb ki, təbii fəlakət 1939-cu ildə ölkənin şərqindəki Ərzincan vilayətində 30 mindən çox insanın ölümünə səbəb olan zəlzələdən sonra Türkiyə tarixində ən ölümcül hadisə olub.
Alim əlavə edib ki, zəlzələ gecə yarısı və sərt qışda baş verdiyi üçün "xüsusilə əlverişsiz" olub.
Alpər