Xəbər lenti

Türkiyədə 1200 əsgər azadlıqda
Dünya10:00 23.07.2016

Türkiyədə 1200 əsgər azadlıqda

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Türkiyədə saxlanılan əsgərlərdən bir qismi azadlığa buraxılıb. 

Ankara Baş prokuroru Harun Kodalak çevriliş cəhdində iştirak etməyən 1200 əsgərin sərbəst buraxıldığını açıqlayıb: “Hazırda sayını bilmədiyimiz qədər əsgərimiz nəzarətdə saxlanılır. Sərbəst buraxılan 1200 nəfər isə adi əsgərdir”.

Baş prokuror rütbəli əsgərlərin buraxılmadığına diqqət çəkərək bildirib: “Nəyin nə olduğunu başa düşməmiş, bilməmiş, nəyə alət olduğunu anlamayan əsgərlərdən bəhs edirik. Böyük bir qismi saxlanılıb. Lakin onları da sürətlə digərlərindən ayıracağıq. Xalqa atəş açmayan, xalqın üzərinə hərbi maşın sürməyən, nə olduğunu bilməyən əsgərləri tez bir zamanda sərbəst buraxacağıq. O xainlərin Ergenekon, Balyoz cinayət işlərində etdikləri kimi məsum əsgərləri təbii ki, məsələyə qatmayacağıq. Bizim araşdırmamız onlarınkına bənzəməyəcək. Ədalətli davranacağıq. Biz dövlətin prokurorlarıyıq, onlar terror təşkilatının hakim və prokurorları idi”.(AzNews.az)

Qaynarinfo.Az