Xəbər lenti

Türkiyədə 3 azərbaycanlı həbs edildi
Dünya13:05 13.05.2014

Türkiyədə 3 azərbaycanlı həbs edildi

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Türkiyədə 2 nəfəri qaçırıb ailəsini şantaj edən 3 azərbaycanlı həbs olunub.

Azvision.az xəbər verir ki, həbs edilən azərbaycanlılar İran və Türkmənistan vətəndaşlarını qaçıraraq, onların ailəsindən 10 min dollar pul istəyiblər.

Belə ki, İstanbul Polis İdarəsinə müraciət edən İran vətəndaşı bildirib ki, onun qohumunu və Türkmənistan vətəndaşı olan dostunu kimsə oğurlayıb və ondan 10 min dollar tələb ediblər.

Polislərin həyata keçirdikləri əməliyyatla xilas edilən şəxslərin vəziyyətinin normal olduğu bildirilir. İstanbul Polis İdarəsindən bildiriblər ki, həmin şəxsləri qaçıranlar Azərbaycan vətəndaşlarıdır.

Məhkəmə həmin şəxslərin 3-nü həbs edib, digərini isə sərbəst buraxıb.

Qaynar.info