Xəbər lenti

Türkiyədə zəlzələ: Evlər çöküb, yaralılar var (YENİLƏNİB)
Dünya15:49 14.06.2020

Türkiyədə zəlzələ: Evlər çöküb, yaralılar var (YENİLƏNİB)

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Türkiyədə zəlzələ nəticəsində 10 ev çöküb, 7 nəfər yaralanıb.
Qaynarinfo xəbər verir ki, Türkiyənin Daxili İşlər Naziri Süleyman Soylu Karlova qəsəbəsinin Kaynarpınar kəndindəki jandarmanın müşahidə qülləsinin uçduğunu, bir nəfərin dağıntılar altında qaldığını, iki nəfərin isə yüngül xəsarət aldığını bildirib.
Bingöl valisi isə deyib ki, Dinarbey və Elmali kəndlərində 10 ev çöküb, 4 nəfər dağıntı altından çıxarılıb.
 
19.00
Türkiyədə güclü zəlzələ qeydə alınıb.
Qaynarinfo Türkiyənin Fövqəladə Halların İdarə Olunması Agentliyinə (AFAD) istinadən xəbər verir ki, yerli vaxtla saat 17.24 radələrində Bingölün Karlıova qəsəbəsində 5,7 maqnitudalı zəlzələ olub.
Zəlzələnin ocağı 5 km dərinlikdə yerləşib.