Xəbər lenti

Türkiyədə ağır yol qəzası  - 6 nəfər öldü
Dünya05:18 02.09.2023

Türkiyədə ağır yol qəzası  - 6 nəfər öldü

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Türkiyənin Dənizli şəhərinin Honaz rayonunda idarəetmədən çıxan yük avtomobili (TIR) qarşı tərəfə keçərək sərnişin avtobusu ilə toqquşub.
Qaynarinfo xəbər verir ki, yerli vaxtla saat 05:00-da (Bakı vaxtı ilə 06:00) baş verən hadisədə 6 nəfər ölüb, 43 nəfər yaralanıb.
Qeyd olunub ki, zərbənin gücündən hər iki nəqliyyat vasitəsi yoldan çıxaraq aşıb.