Xəbər lenti

Türkiyədə ağır yol qəzası - 11 yaralı
Dünya17:50 06.07.2016

Türkiyədə ağır yol qəzası - 11 yaralı

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Türkiyənin Qaziantep vilayətində ağır yol qəzası baş verib. 

APA-nın “Anadolu”-ya istinadən verdiyi xəbərə görə, Nurdağı-Qaziantep yolunda minik avtomobili mikroavtobusla toqquşub.

Hadisə nəticəsində 11 nəfər müxtəlif dərəcəli bədən xəsarəti alıb. Onlardan 3-ün vəziyyətinin ağır olduğu bildirilir. Qəza səbəbindən bağlanılan yol bir müddət sonra açılıb.

Mikroavtobusdakı sərnişinlərin bayram ziyarətindən döndükləri bildirilir. 

Qaynarinfo.az