Türkiyənin təhlükəsizlik qüvvələri ölkənin bir sıra şəhər və rayonlarında antiterror əməliyyatı keçirib.
Qaynarrinfo xəbər verir ki, əməliyyatlar çərçivəsində İzmirdə 10, Konyada 5, Elazığda 5 İŞİD terror təşkilatı ilə əlaqədə şübhəli bilinən şəxs saxlanılıb. Onlardan 2-si Türkiyə, qalanları Suriya vətəndaşlarıdır. İzmirdə axtarış aparılan ünvanlardan çox sayda sarı jilet aşkarlanıb.
Kocaelidə də İŞİD qruplaşmasına qarşı antiterror əməliyyatı keçirilib və təşkilata üzvü olmaqda şübhəli bilinən 3 Suriya vətəndaşı saxlanılıb. Onlardan biri terror təşkilatı üçün bomba düzəldən mütəxəssis kimi axtarışda olub.