Xəbər lenti

Türkiyədə ard-arda  zəlzələ oldu
Dünya07:18 01.02.2021

Türkiyədə ard-arda zəlzələ oldu

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Türkiyədə Ege dənizinin İzmir sahillərində arda-arda davam edən yeraltı təkanlar müşahidə olunub.
Qaynarinfo xəbər verir ki, bu barədə Türkiyənin Fövqəladə Halların İdarə Olunması Agentliyi (AFAD) məlumat yayıb.
İzmirin Karaburun qəsəbəsi yaxınlığında Egey dənizində yerli vaxtla saat 08:03-da 4.1 bal gücündə bir zəlzələ olub. Daha sonra isə AFAD-ın açıqladığı məlumatlara görə, ard-arda 2.9, 5.1, 4.8 və 4.7 bal gücündə daha 4 zəlzələ baş verib.
Yeraltı təkanların dərinliyi 7-24 km arasında dəyişib. Dağıntılar və itkilər barədə məlumat daxil olmayıb.