Xəbər lenti

Türkiyədə Atatürkə hörmətsizlik (FOTO/VİDEO)
Dünya11:23 17.03.2020

Türkiyədə Atatürkə hörmətsizlik (FOTO/VİDEO)

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Türkiyə Respublikasının qurucusu Mustafa Kamal Atatürkün hərbiyə başlamasının 121-ci ildönümü münasibətilə keçirilən mərasimdə diqqətçəkən olay yaşanıb.
Qaynarinfo xarici mətbuata istinadən xəbər verir ki, hər il ənənəvi olaraq keçirilən və Türkiyə Silahlı Qüvvələrinin yüksək vəzifəli şəxslərinin qatıldığı tədbirdə tələbə nömrəsi ilə yoxlama keçirilir. Hər dəfə 1283 ədədi səslənəndə akademiyanın tələbələri ayağa qalxaraq bir ağızdan "içimizdə" deyə cavab verirlər. Lakin bu il keçirilən mərasim zamanı ayağa qalxmayanlar olub və görüntülər Türkiyə Milli Müdafiə Nazirliyinin Youtube kanalına yerləşdirilib.
<iframe frameborder="0" width="640" height="360" src="https://www.dailymotion.com/embed/video/x7sra33" allowfullscreen="" allow="autoplay">