Xəbər lenti

Türkiyədə azərbaycanlı qadını öldürməkdə şübhəli bilinən şəxs saxlanılıb
Dünya17:05 01.01.2018

Türkiyədə azərbaycanlı qadını öldürməkdə şübhəli bilinən şəxs saxlanılıb

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Türkiyədə azərbaycanlı qadını öldürməkdə şübhəli bilinən şəxs saxlanılıb.
"Ölkə.Az” xəbər verir ki, bu barədə "Hürriyet” saytı məlumat yayıb. Verilən məlumata görə, hadisə ötən ilin 23 noyabrında Qars rayonunda baş verib. Rayonun Ərdahan yolu üzərindəki əyləncə məkanında Azərbaycan əsilli Aydan Bayramova qətlə yetirilib. Onu rəfiqəsinin ad günündə öldürüblər.
Türkiyə polisi hadisəni törətməkdə şübhəli bilinən Serkan Ç.-nı qətl törədilən yerdə saxlayıb. O, həmin kluba Yeni il bayramını qeyd etməyə gedib. Serkan Ç.-nin üzərində törətdiyi cinayətlərdə istifadə etdiyi "Glock” markalı tapança və 2 qr. narkotik maddə aşkarlanıb.
Polis onu saxlamaq istəyərkən bir qrup insan buna mane olub. Nəticədə gecə klubunda dava baş verib. Dava zamanı bir neçə nəfər xəsarət alıb. Xəsarət alanlar arasında polislər də var. Hadisə ilə əlaqədar bir neçə nəfər də saxlanılıb.
Faktla bağlı araşdırma aparılır.