Xəbər lenti

Türkiyədə bələdiyyə seçkilərinin tarixi açıqlandı
Dünya06:05 26.10.2018

Türkiyədə bələdiyyə seçkilərinin tarixi açıqlandı

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Türkiyədə bələdiyyə seçkilərinin vaxtı açıqlanıb.
Qaynarinfo "Rəsmi Gazete”yə istinadən xəbər verir ki, seçkilər 2019-cu ilin mart ayının 31-də keçiriləcək.
Türkiyə Yüksək Seçim Komissiyasının qərarına əsasən, namizədlərin irəli sürülüməsi prosesi 2018-ci il dekabrın 1-dən başlayacaq. Təbliğat-təşviqat kampaniyasına yanvarın 1-dən start veriləcək. Yerli seçkilərdə namizəd olaraq, iştirak etmək istəyənlər çalışdıqları sahələrdə tutduqları vəzifədən 2018-ci il dekabrın 1-i saat 17:00-da istefa verməlidirlər.