Bir müddət əvvəl Türkiyə Böyük Millət Məclisinin qəbul etdiyi qərara əsasən Türkiyədə gecə saat 22:00-dan səhər saat 06:00-a qədər olan saatlarda içki satışına qadağa ilə bağlı qanun qüvvəyə minmişdi.
Qaynar.info-nun Türkiyə mediasına istinadən verdiyi xəbərə görə, qəbul olunan qanun bu gündən etibarən tətbiq olunacaq. Bu gecə saat 24:00-dan etibarən gecə saatlarında içki satışı rəsmən qadağan olunacaq. Artıq bundan sonra Türkiyədə gecə saatlarında içki satışı qadağan olunur.