Xəbər lenti

Türkiyədə daha 63 nəfər koronavirusdan öldü
Sağlamlıq19:17 15.03.2021

Türkiyədə daha 63 nəfər koronavirusdan öldü

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Türkiyədə son sutka ərzində 63 nəfər koronavirus (COVID-19) infeksiyasından dünyasını dəyişib.
Qaynarinfo xəbər verir ki, bu barədə ölkənin Səhiyyə Nazirliyi məlumat yayıb.
Bildirilib ki, son 24 saatda 15 503 yeni yoluxma faktı qeydə alınıb. Bununla virusa yoluxanların sayı 2 894 893, pandemiya qurbanlarının sayı isə 29 552 nəfərə çatıb.
Türkiyədə indiyədək 2 716 969 pasiyent (son sutkada 15 893 nəfər) sağalaraq evə buraxılıb.