Xəbər lenti

Türkiyədə daha 7 “Ergenekon”çu azad edildi
Dünya18:49 12.03.2014

Türkiyədə daha 7 “Ergenekon”çu azad edildi

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Türkiyədə daha 7 “Ergenekon”çu həbsdən azad edilib. 

ANS PRESS-in məlumatına görə, İstanbul 2-ci Ağır Cəza Məhkəməsi 6 il 2 ay həbsdə saxlanan Sevgi Erenerol və ehtiyatda olan polkovnik Fikri Karadağın azadlığa buraxılması barədə qərar verib.

Bundan başqa İstanbul məhkəməsi 5 məhbus - Zekeriya Öztürk, Hasan Ataman Yıldırım, Erkan Önsel, Turhan Özlü və Mehmet Bedri Gültekin haqqında həbs-qətimkan tədbiri dəyişdirib.

Qeyd edək ki, məhkəmə azad edilən şəxslərin Türkiyəni tərk etməsini qadağan edib.

Qaynar.info