Türkiyədə koronavirusdan son sutka ərzində 71 nəfər vəfat edib.
Qaynarinfo xəbər verir ki, bu barədə "covid19.saglik.gov.tr” portalında məlumat yayılıb.
Məlumata görə, son 24 saatda simptomları müəyyən edilməyən xəstələrlə birlikdə daha 16 749 nəfər COVID-19 infeksiyasına yoluxub.
Bu gün koronavirusdan sağalan xəstələr 17 893, ağır xəstələr isə 1474 nəfər olub