Diyarbakırın Qulp mahalında hidroelektrik stansiyası inşaatının təhlükəsiz qüvvələrinə hücum edilib.
Qafqazinfo Türkiyə KİV-nə istinadən xəbər verir ki, PKK mənsublarının lüləli silah və raketlərlə reallaşdırdığı hücumda 1 əsgər şəhid olub, 3 əsgər isə yaralanıb. Hadisə səhər saatlarında baş verib.
Yaralılar ilkin müdaxilədən sonra Dəclə Universiteti Tibb Fakültəsi Xəstəxanasına yerləşdirilib.
Qaynar.info