
Türkiyənin Manisa əyalətindəki Soma şəhərində yerləşən mədəndə baş vermiş partlayış nəticəsində ölənlərin sayı 17-yə çatıb.
APA-nın "CNNTürk"ə istinadən verdiyi xəbərə görə, Türkiyə Fövqəladə Hallar Nazirliyinin məlumatına əsasən, hazırda partlayış nəticəsində ölənlərin sayı 17-yə çatıb, daha 11 nəfər xəsarət alıb. Yerin altında qalan 200-dək fəhlənin xilas olunması istiqamətində tədbirlər davam etdirilir.
***
13-05-2014/ 23:50
Manisanın Soma əyalətində özəl bir şirkətə aid kömür mədənində partlayış baş verib.
“Qafqazinfo” Türkiyə mətbuatına istinadən xəbər verir ki, Manisanın Soma əyalətində saat 17.30-da partlayış nəticəsində yanğın çıxıb. İşıqlar söndüyü üçün 300 nəfər işçi yer altında köməksiz qalıb.
AK Partiyanın Manisa Millət vəkili Muzaffer Yurttaş ilk açıqlamasında ölü sayının 20 nəfər olduğu ifadə etsə də, Yurttaş daha sonra “CNNTürk”ə ölü sayının 4 olduğunu , 16 yaralı olduğunu bildirib.
Soma Dövlət Xəstəxanasının baş həkimi Rüştü Parlak mədəndəki partlamadan sonra xəstəxanaya gətirilən üç şəxsin öldüyünü bildirib. Xəstəxanaya gələnlərin tüstüdən zəhərlənərək həyatlarını itirdiyini ifadə edən Parlak dörd işçinin də müalicəsinin davam etdiyini açıqlayıb. Rüştü Parlak müalicə olunan 4 adamın vəziyyətinin yaxşı olduğunu vurğulayıb.
14 may, 09:45
Türkiyənin Manisa əyalətinin Soma şəhərində kömür mədənində baş verən partlayış və yanğın nəticəsində ölənlərin sayı 201-ə çatıb.
80 adamın xəsarət aldığı bildirilir, onlardan 4-nün vəziyyəti ağır qiymətləndirilir. Ölü sayının artacağı ehtimal olunur. Mayın 13-də baş verən partlayışa elektrik naqillərindəki qısaqapanmanın səbəb olduğu ehtimal olunur.
Qaynar.info Azadlıq Radiosuna istinadən xəbər verir ki, Türkiyənin enerji naziri Taner Yildiz bildirib ki, partlayış anında mədəndə 787 işçi çalışırmış. Nazir həmçinin şaxtaçıların əksəriyyətinin ölümünə karbonmonoksid zəhərlənməsinin səbəb olduğunu bildirib. Hazırda xilasetmə işləri davam edir.
Bu arada şaxtaçıların ailə üzvləri və yaxınları yerli xəstəxananın ətrafına toplaşaraq məlumat almağa çalışırlar.
Türkiyənin baş naziri Recep Tayyip Erdoğan faciə ilə bağlı mayın 14-də Albaniyaya planlaşdırılan səfərini təxirə salıb və hadisə yerinə gedəcəyini bildirib.
Qaynar.info




