Xəbər lenti

Türkiyədə dəhşətli qəza: 12 nəfər öldü, 19-u yaralandı
Dünya04:51 21.08.2023

Türkiyədə dəhşətli qəza: 12 nəfər öldü, 19-u yaralandı

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Türkiyədə 12 nəfərin ölümü ilə nəticələnən ağır yol qəzası baş verib.
Qaynarinfo xarici mətbuata istinadən xəbər verir ki, Sivasdan İstanbula doğru hərəkət edən sərnişin avtobusu qarşı yol çıxaraq dərəyə aşıb.
Qəza nəticəsində 12 nəfər ölüb, 19 sərnişin yaralanıb. Yaralılar Yozgat və Sorgundakı xəstəxanalara yerləşdiriliblər.
Yozgat valisi Mehmet Əli Özkan bildirib ki, xəsarət alanlardan ikisinin vəziyyəti ağırdır:
"Yenə də ehtiyatsızlıqdan baş vermiş qəza olduğunu düşünürük. Bütün hallarda əsl səbəb araşdırmalardan sonra bəlli olacaq”.