
İsrail hərbi kəşfiyyatının rəhbəri general Aviv Koçavi Təl-Əvivdə keçirilən təhlükəsizlik konfransında Türkiyə ilə bağlı şok iddia ortaya atıb.
Qaynar.info xəbər verir ki, Koçavi bir xəritə göstərərək Türkiyədə Əl Qaidənin 3 hərbi bazasının olduğunu söyləyib.
General eyni zamanda bildirib ki, Suriyaya gedən əl qaidəçilər orada qalmırlar, NATO üzvü olan Türkiyə vasitəsilə Avropaya keçirlər.
Məsələ ilə bağlı Reuters agentliyi Koçavi ilə əlaqə saxlayıb. Generalın köməkçisi xəritədəki qırmızı işarələrin Əl Qaidə bazalarının yerləşdiyi yerləri göstərdiyini deyib. Reuters həmin qırmızı işarələrə istinadən bu bazaların Türkiyənin Karaman, Osmaniyyə və Şanlıurfada yerləşdiyini bildirib.
Koçavinin iddiasına görə, həmin bazalarda 100-ə yaxın Əl Qaidə terrorçusu var.
Məsələyə münasibət bildirən Türkiyə Xarici İşlər Nazirliyi məlumatın yalan olduğunu deyib.
Qaynar.info