Türkiyənin Daxili İşlər Nazirliyi tərəfindən Muşda 578 şəxsi heyətin iştirakı ilə "Eren Blokada-16 Şəhid Jandarma baş leytenant İsmail Moray əməliyyatı” başlayıb.
Qaynarinfo bu barədə TRT-yə istinadən xəbər
verir.
Nazirlikdən verilən açıqlamada, terror təşkilatının zərərsizləşdirilməsi məqsədi ilə başladılan əməliyyatda polis xüsusi təyinatlıları, jandarma komando və mühafizə dəstələrindən ibarət 578 şəxsi heyətin və 39 əməliyyat qrupunun iştirak etdiyi açıqlanıb.
Bu əməliyyatın hədəfi PKK-nın və bölgədə məskunlaşan digər terrorçuların zərərsizləşdirilməsidir.
"Ölkədə terrorun tamamilə aradan qaldırılması üçün həyata keçirilən "Eren Blokada" əməliyyatları xalqımızın dəstəyi, sədaqət və qətiyyətlə davam edir”, deyə açıqlamada bildirlir.
M.Arif