Türkiyənin Hatay vilayətindəki Dörtyol bölgəsində leysan yağışlardan sonra yaranmış sel 5 nəfərin ölümünə, 10 nəfərin yaralanmasına səbəb olub. Bu arada Antalyanın Baraj gölü sahilindəki meşəlik alışıb yanmağa başlayıb.Milli.Az AHT-yə istinadən bildirir ki, Dörtyol bölgəsindəki Çökek yaylağındakı seldə həlak olanların cəsədləri aranır. Yaralılar xəstəxanalara aparılıb, itkin düşənlər aranır.
Fəlakət bölgəsindəki xilasetmə və axtarış işlərinə helikopterlər cəlb olunub.
Seldə həlak olanlar Fatma Üstünel, Nidanur Ertunç, Nisanur Ertunç, Ökkeş Morca və Muammer Arif Canbolatdır.
Selin yaratdığı torpaq sürüşməsində bir neçə ev viran qalıb.
Bölgədə leysan yağışı davam edir.
Antalyanın Baraj gölü sahilində, Manavqatda başlanmış meşə yanğını isə bütün səylərə rəğmən, hələ də söndürülməyib.
Qaynar.info



