Xəbər lenti

Türkiyədə fövqəladə vəziyyət rejimi daha 3 ay uzadıldı
Dünya05:13 18.04.2017

Türkiyədə fövqəladə vəziyyət rejimi daha 3 ay uzadıldı

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Türkiyə hökuməti ölkədə fövqəladə vəziyyət rejimini 3 ay müddətinə uzadıb və qərarın təsdiqlənməsi ilə bağlı sorğu parlamentə göndərilib.

"Qaynar" Report-a istinadla xəbər verir ki, bunu Türkiyə baş nazirinin müavini Numan Kurtulmuş deyib.

“Milli Təhlükəsizlik Şurasının fövqəladə vəziyyət rejiminin daha üç ay müddətinə uzadılması ilə bağlı tövsiyəsi var. Biz bu qərarı qəbul etdik. Çərşənbə günü o, təsdiq edilməsi üçün parlamentə daxil olacaq”, - deyə Kurtulmuş Ankarada jurnalistlərə bildirib.

Türkiyədə fövqəladə vəziyyət rejimi ötən ilin iyun ayında baş verən dövlət çevrilişinə cəhddən sonra tətbiq edilib. O, daha sonradan üç ay müddətinə uzadılıb.

Qaynar.Az