Xəbər lenti

Türkiyədə genişmiqyaslı anti-terror əməliyyatı başlayır
Dünya09:55 13.03.2016

Türkiyədə genişmiqyaslı anti-terror əməliyyatı başlayır

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Türkiyədə genişmiqyaslı antiterror əməliyyatı planlaşdırılır. Anspress-in məlumatına görə, Hakkari vilayətinin Yüksəkova rayonunda ordu və polis böyük anti-terror əməliyyatına başlayır. 
Anti-terror əməliyyatına 20 min əsgər və polis qatılacaq. Cizrə, Silopi, Sur və İdil rayonlarındakı əməliyyatlardan fərqli olaraq, Yüksəkovadakı əməliyyat rayon mərkəzləri ilə məhdulaşmayacaq, İran və İraq sərhədlərinə qədər olan əraziləri də əhatə edəcək. Yüksekova rayonunda 2 minə qədər PKK terrorçusunun olduğu bildirilir.
Rayon mərkəzində anti-terror əməliyyatını Jandarma Özəl Hərəkatı və Polis Özəl Hərəkatı həyata keçirəcək, Əməliyyata 11 min polis qatılacaq. Rayonun İran və İraq sərhədlərinə qədər digər ərazilərində əməliyyatı xüsusi təyinatlı ordu birlikləri həyata keçirəcək. Artıq Yüksəkovaya hərbi texnika yeridilməyə başlayıb. Son bir neçə gün ərzində Van, Ağrı, Bitlis və Bingöl kimi qonşu vilayətlərdən Hakkarinin mərkəzinə təcili tibbi yardım və mülki müdafiə briqadaları cəlb olunub.
Türkiyədə genişmiqyaslı antiterror əməliyyatı planlaşdırılır. ANS PRESS-in məlumatına görə, Hakkari vilayətinin Yüksəkova rayonunda ordu və polis böyük anti-terror əməliyyatına başlayır. Anti-terror əməliyyatına 20 min əsgər və polis qatılacaq. Cizrə, Silopi, Sur və İdil rayonlarındakı əməliyyatlardan fərqli olaraq, Yüksəkovadakı əməliyyat rayon mərkəzləri ilə məhdulaşmayacaq, İran və İraq sərhədlərinə qədər olan əraziləri də əhatə edəcək. Yüksekova rayonunda 2 minə qədər PKK terrorçusunun olduğu bildirilir.
Rayon mərkəzində anti-terror əməliyyatını Jandarma Özəl Hərəkatı və Polis Özəl Hərəkatı həyata keçirəcək, Əməliyyata 11 min polis qatılacaq. Rayonun İran və İraq sərhədlərinə qədər digər ərazilərində əməliyyatı xüsusi təyinatlı ordu birlikləri həyata keçirəcək. Artıq Yüksəkovaya hərbi texnika yeridilməyə başlayıb. Son bir neçə gün ərzində Van, Ağrı, Bitlis və Bingöl kimi qonşu vilayətlərdən Hakkarinin mərkəzinə təcili tibbi yardım və mülki müdafiə briqadaları cəlb olunub.
Böyük əməliyyat ərəfəsində Yüksəkova sakinlərinin bir qismi təhlükəsiz yerlərə köçür. Təhsil müəssisələrində dərslərə ara verilib. Bəzi məktəblər boşaldılaraq, özəl hərəkat polisləri tərəfindən istifadə edilmək üçün hazırlanır. Bir çox məktəblərin qarşısında zirehli maşınlar yerləşdirilib, xəndəklər qazılır və barrikadalar qurulur. Hakkari vilayətinin giriş-çıxışına nəzarət gücləndirilib. Dağlıca bölgəsindən gələn avtomobillərin keçməsinə icazə verilmir.
İki ay davam edəcəyi gözlənilən anti-terror əməliyyatları dövründə 4 pilotsuz təyyarə 24 saat ərzində ərazidə kəşfiyyat uçuşları həyata keçirəcək.
Qaynar.info