Xəbər lenti

Türkiyədə Gəzi etirazları davam edir - 100 nəfər həbs olunub
Dünya11:05 26.06.2013

Türkiyədə Gəzi etirazları davam edir - 100 nəfər həbs olunub

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Dünən gecə saatlarında Türkiyənin paytaxtı Ankarada Gəzi parkı etirazları yenidən başlayıb. Musavat.com-un məlumatına görə Paytaxtın müxtəlif yerlərində toplanan etirazçılar avtomobilləri tərs çevirərək barrikad qurublar. Bundan sora polis aksiyaçıları dağıtmaq üçün bibər qazı və təzyiqli sudan istifadə edib. Polis qrupun bir hissəsini dağıtsa da etirazçılar yenidən toplaşıb və polisə daş, butulka atmağa başlayıblar. Lakin əraziyə əlavə qüvvə cəlb edilib və 100-ə yaxın etirazçı həbs edilib. Həbs edilənlər arasında tanınmış vəkilin də olduğu bildirilir.

Qaynar.info