Xəbər lenti

Türkiyədə güclü partlayış olub
Dünya12:26 16.07.2013

Türkiyədə güclü partlayış olub

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Gəncin əlindəki əldədüzəldilmə bomba partlayıb.

Türkiyədə güclü partlayış baş verib. Anspress-in Türkiyə mətbuatına istinadla verdiyi məlumata görə, hadisə Diyarbəkirin Bağlar rayonunda qeydə alınıb. Adıçəkilən bölgədə 17- 18 yaşlarında 2 nəfərin üzərindəki əldədüzəldilmə bomba partlayıb. 

Bombanı partladan şəxsin əli parçalanıb,əli və barmaqları qopub. Hadisə vaxtı küçədə oyun oynayan 2 qız uşağı yaralanıb. partlayış ərtafda böyük təşvişə səbəb olub. 

Hadisə yerinə çox sayda polis və təcili yardım cəlb edilib. Yaralılar xəstəxanaya yerləşdirilib. Polis hadisə baş verən keçədə hərəkəti məhdudulaşdırıb. Hadisə ilə bağlı araşdrıma aparılır.

Qaynar.info