Xəbər lenti

Türkiyədə Gülənin evini yandırmaq istədilər
Dünya12:37 22.07.2016

Türkiyədə Gülənin evini yandırmaq istədilər

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Naməlum şəxslər ABŞ-da yaşayan nurçuluq təriqətinin lideri, rəsmi Ankaranın çevriliş cəhdində ittiham etdiyi Fətullah Gülənin Türkiyədəki evini yandırmaq istəyiblər.

Qaynarinfo.Az virtualaz.org-a istinadən bildirir ki, bu barədə Türkiyə KİV-i məlumat yayıb.

Bu gün məlum olan həmin hadisə, bazar ertəsi Türkiyənin şimal-şərqindəki Ərzurum vilayəti, Pasinlər rayonunun Korucuk kəndində baş verib.

Naməlum şəxslər Fətullah Gülənin 1941-ci ildə anadan olduğu və əvvəllər ailəsi ilə yaşadığı boş evin qapısını yandırıblar. Alovu görən yerli sakinlər yanğını söndürüblər.

Qaynarinfo.Az