
Türkiyənin Tunceli əyalətində qəzaya uğramış helikopterdəkilərin hamısı həlak olub.
"Report" Türkiyə KİV-inə istinadən xəbər verir ki, helikopterdə 1 hakim, 1 gizir, 7 polis əməkdaşı və 3 ekipaj üzvü olub. Qəzaya uğrayan helikopter havaya qalxdıqdan 10 dəqiqə sonra yerə düşüb. Türkiyə vaxtı ilə 11.40-dan (Bakı vaxtı ilə 12.40) helikopterlə əlaqə kəsilib.
Qaynar.Az