Xəbər lenti

Türkiyədə hərbçiləri daşıyan avtobus aşdı: 2 əsgər şəhid oldu, 45 nəfər yaralandı
Dünya10:03 30.04.2023

Türkiyədə hərbçiləri daşıyan avtobus aşdı: 2 əsgər şəhid oldu, 45 nəfər yaralandı

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Türkiyənin Şırnak şəhərində hərbçiləri daşıyan avtobus yoldan çıxaraq aşıb.
Qaynarinfo "TRT Haber”ə istinadən xəbər verir ki, hadisə nəticəsində 2 əsgər şəhid olub, 4-ü əsgər olmaqla 45 nəfər yaralanıb.
Türkiyə Silahlı Qüvvələrinin şəxsi heyətini daşıyan avtobus şarampole aşıb. Şırnak valisi Osman Bilgin də hadisə yerinə gedərək qəza ilə bağlı məlumat alıb.
"Şırnakda baş verən avtomobil qəzasında 2 qəhrəman silahdaşımız şəhid olub, 4 qəhrəmanımız isə yaralanıb və dərhal xəstəxanaya çatdırılaraq müalicələrinə başlanılıb. Allah rəhmət eləsin. Bizi dərin ağrı və hüznlə yaşadan bu hadisədə həyatını itirən şəhidlərimizin dərdli ailələrinə, türk vətəndaşlarına başsağlığı verir, silahlı qüvvələrimizə və soylu millətimizə səbr, yaralı yoldaşlarımıza isə şəfa diləyirik”, deyə Türkiyənin Milli Müdafiə Nazirliyindən bildirilib.
Aydın