Türkiyənin Qars vilayətinin Sarıqamış şəhərində hotelin tavanının çökməsi nəticəsində 32 nəfər xəsarət alıb.
Qaynarinfo xəbər verir ki, xəsarət alnlardan 23 nəfərinə yerində tibbi yardım göstərilib. Digər 9 nəfər isə xəstəxanaya aparılıb.
Hadisə vaxtı zalda 140-a yaxın insanın olduğu bildirilir.
Qeyd edək ki, hadisə Birinci Dünya Müharibəsi zamanı Sarıkamış döyüşünün 108-ci ildönümünə həsr olunmuş kütləvi tədbir zamanı baş verib.