ABŞ-ın Ankarada yerləşən səfirliyinin terror xəbərdarlığından sonra İŞİD terror təşkilatı üzvlərini hədəf alan anti-terror əməliyyatı gerçəkləşdirilib.
Qaynarinfo xarici mediaya istinadən xəbər verir ki, Ankara Cümhuriyyət Baş Prokurorluğu 20 İŞİD üzvü barədə həbs qərarı verib. Polis Şöbəsi Terrorla Mübarizə Bölməsi şübəlilərdən 12-sini artıq həbs edib.
Şübhəlilərin xarici ölkə vətəndaşı olduğu deyilir. Onlar Türkiyədə təşkilata üzv qazandırmaq üçün təbliğat fəaliyyəti ilə məşğul olublar.
Qeyd edək ki, əməliyyat ABŞ səfirliyi təhlükəsizlik səbəbilə 1 günlük fəaliyyətini dayandırandan sonra həyata keçirilib.
Gülşən